...

İranın nəqliyyat nazirinin Azərbaycana səfər tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 18:57 (UTC +04:00)

Martın 1-də İran İslam Respublikasının nəqliyyat naziri Məhəmməd Rəhməti Azərbaycana gələcək. Bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani Trend ə eksklüziv olaraq məlumat verib.

Səfir qeyd edib ki, səfər çərçivəsində ikitərəfli sazişin imzalanması mümkündür və hazırda Azərbaycanın Nəqliyyat Nazirliyi ilə iş həyata keçirilir.

İran nazirinin Azərbaycana səfəri zamanı avtonəqliyyat, dəmir yolu məsələlərinin, eləcə də şimal-cənub dəhlizi və başqa layihələrlə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti