...

Standartlaşdırma üzrə Dövlət Agentliyinin rəhbəri: Azərbaycanda etalon mərkəzinin yaradılması olduqca vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 18:43 (UTC +04:00)
Standartlaşdırma üzrə Dövlət Agentliyinin rəhbəri: Azərbaycanda etalon mərkəzinin yaradılması olduqca vacibdir

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yeni etalonların alınması imkanını nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı agentliyin baş direktoru Ramiz Həsənov Xəzər İnteqrasiya İşçi Klubunun (CIBC) şirkətləri ilə görüşdə məlumat verib.

Etalonlar Azərbaycanda ilk dəfə olaraq yaradılacaq "Etalon Mərkiz"i üçün alınacaq. Bu gün artıq təzyiq və yükün ölçülməsi üçün dəyəri təxminən 400 min dollar olan 9 etalon alınıb. Agentlik Azərbaycanda "Etalon Mərkəzi"nin yaradılması və inkişafı üzrə proqram çərçivəsində beş il ərzində təxminən 50 etalon almağı planlaşdırır.

"Biz bütün mümkün etalonları bir-birinin ardınca almırıq, yalnız Azərbaycan üçün lazım olan etalonları alırıq. Məsələn, bizim üçün neft-qaz avadanlığı, maşınqayırma sahələri vacibdir", - deyə Həsənov bildirib.

Həsənov hesab edir ki, Azərbaycanda etalonların tətbiqi və bu cür mərkəzin yaradılması ölkə üçün olduqca vacibdir. Belə ki, əlverişli investisiya şəraiti xarici investisiya şirkətlərinin sayının artırılmasına xidmət edir. Bu şirkətlər ölçü vasitələrinin texniki tələblərinin müəyyənləşdirilməsi üçün xarici ölkələrə müraciət edir, çünki nə Azərbaycanda, nə də qonşu ölkələrdə dövlət ölçü vahidləri yoxdur. Bütün bunların hamısı Azərbaycandan böyük həcmdə valyutaların axınına səbəb olur.

Yerli şirkətlər isə bu xidmətlər üçün xarici ölkələrdə böyük pullar xərc edir. Mərkəzin yaradılmasından sonra onlar üçün bu xərclər 10 dəfə az olacaq.

Hazırda mərkəzin tikintisinin texniki şərtləri hazırlanır. Mərkəzin tikintisinə mayın əvvəlində başlanması, ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti