...

Bakıda MDB-nin standartlaşma üzrə elmi texniki komissiyasının toplantısı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bakıda Standartlaşdırma üzrə elmi-texniki komissiyanın 33-cü və MDB ölkələrində informasiya texnologiyaları üzrə İşçi Qrupunun 16-cı iclası keçiriləcək. Bunu çərşənbə axşamı Standartlaşdırma, metrologiya və patent üzrtə Dövlət Agentliyinmin baş direktoru Ramiz Həsənov Xəzər İşgüzar İnteqrasiya Klubunun (CIBC) şirkətləri ilə görüşündə bildirib. Toplantı 2-5 may tarixlərində keçiriləcək.

İclasda il ərzində hər bir ölkə tərəfindən hazırlanmış standartların qəbulu, əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Agentlik rəhbəri bildirib ki, may ayının sonunda MDB-yə üzv ölkələrin patent müəssisələri rəhbərlərinin toplantsısı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti