...

Rabitəbankın imtiyazlı səhmlərinin yerləşdirilmə tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 29 iyundan etibarən BFB-də "Rabitəbank" ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin yerləşdirilməsi başlanacaq. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılmış məlumatında göstərilib.

Emissiyanın həcmi 530 000 manat, bir səhmin nominal dəyəri isə 20 manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Azəriqazbank" Səhmdar İnvestisiya Bankı çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti