...

İyun ayında Bakıda tikinti materiallarının qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İyun ayında Bakının tikinti materialları bazarında qiymətlər may ayı ilə müqayisədə 4,1 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 19,2 faiz artıb. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin məlumatında göstərilib.

Azərbaycanda istehsal olunan malların payı 33,8 faiz təşkil edib ki, bu da demək olar ki, ötən ayların göstəricilərinə bərabərdir.

Monitorinq 86 növ və 41 adda tikinti materialı üzrə aparılıb.

86 tikinti materialından 30-nun qiymətinin artması müşahidə olunub. Digər 56 məhsulun qiyməti isə stabil olaraq qalıb.

Artım əsasən qum (1 faiz), taxta (11,5 faiz), şveller (0,5 faiz), sink üzlük (0,3 faiz), metal borularda (1 faiz) müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti