...

XİN rəhbəri: Qazaxıstan Azərbaycanla ticarətin genişləndirilməsində böyük potensial görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qazaxıstan Azərbaycanla mal dövriyyəsinin artırılması, istehsalçılar arasınada təsərrüfat əlaqələrinin genişləndirilməsində böyük potensial görür. Bunu Qazaxıstanın xarici işlər naziri Marat Tajin eksklüziv müsahibəsində bildirib.

2006-cı ildə Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə təqribən 65 faiz artıb və 233 mln. dollardan çox təşkil edib.

"Qeyd etmək istərdim ki, ticari-iqtisadi sahədə hələ bütün imkanlar cəlb olunmayıb", - deyə nazir söyləyib.

Onun sözlərinə görə, qeyri neft sahəsində Azərbaycanla prioritet əməkdaşlıq istiqamətlərini kənd təsərrüfatı, tikinti sənayesi, qida və içki məhsullarının istehsalı və satışı, mühəndis avadanlığı, xidmət sahəsi təşkil edir.

"Perspektiv layihələr sırasında Xəzərin dibi ilə çəkiləcək Aktau-Bakı optik-lifli kabel xəttinin çəkilməsini göstərmək olar. Bu xətt Qazaxıstanın Avropa telekommunikasiya məkanına, eyni zamanda Avropa və Qafqaz ölkələrinin Çin və Asiya-Sakit okean regionuna çıxışını asanlaşdıracaq", - deyə Tajin bildirib.

Nazirin sözlərinə görə, regionlararası əməkdaşlıqda digər bir perspektiv sahə Azərbaycandan və Qazaxıstanın qərb vilayətlərindən meyvə-tərəvəz, giləmeyvə və baxçılıq məhsullarının tədarükünü təşkil etməklə sərhədyanı ticarətin təşkil olunmasıdır.

Xəbər lenti

Xəbər lenti