...

Ələt-Astara magistral yolunun tikintisi üçün tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Ələt-Astara avtomobil yolunun 0 - 9-cu kilometr hissəsinin yenidənqurulması üzrə ixtisaslaşdırılmış tender elan edib. Bu barədə nazirlikdən məlumat verilib. Bu işlərin Dünya Bankının ayırdığı 200 mln. dollar kreditin bir hissəsi hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Layihə hazırda mövcud olan ikizolaqlı yolun 4 zolaqlı yolla əvəz olunmasını nəzərdə tutur.

Tendərdə qalib gələcək şirkət yolun digər hissələrində yol örtüyünün bərpasını həyata keçirməli, həmçinin körpü, yolötürücü və boruları yenidən tikməlidir.

Namizədlər lazımı sənədləri avqustun 10-dan ala biləcəklər. Təkliflər isə sentyabrın 19-na qədər təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti