...

Azərbaycan ilk fransız təyyarəsi alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ AZAL dövlət konserni cümə günü ATR fransız şirkətindən altı təyyarədən birncisini alıb. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, təyyarə daxili və regional marşrutlarda istifadə olunacaq.

İlin sonuna qədər Azərbaycan daha bir, 2008-ci ildə isə dörd hava gəmisi alacaq. AZAL yeni təyyarələri ilk növbədə Naxçıvan, Gəncə, Lənkaran və Zaqatala aeroportlarına sərnişindaşımaları üçün istifadə etmək niyyətindədir. Dövlət Konserni ATR markalı təyyarə istehsal edən fransız şirkətinə iki ATR - 42-500S və dörd ATR - 72-500S təyyarəsi sifariş verib. Müqavilənin ümumi məbləği təqribən 97,2 mln. dollar təşkil edir. Bu, 50-70 sərnişinin yerləşdiyi kiçik təyyarələr olacaq.

Altı yeni təyyarənin alınması Azərbaycana "Antonov" və "Tupolev" təyyarələrini əvəz etməklə, təyyarə parkını yeniləməyə və yeni regional marşrutlar yaratmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti