...

Bakıda ikinci Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək

Energetika Materials 28 Yanvar 2008 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ " Aprelin 23-25-də Bakıda, dünya enerji daşıyıcıları bazarının bir hissəsi kimi regionun neft-qaz sənayesinin işıqlandırılmasına yönəlmiş ikinci Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək. Konfrans ixtisaslaşmış neft-qaz konfranslarının aparıcı təşkilatçılarından olan Confidence Energy Ltd. və Azərbaycan Dövlət Neft Akademiyası ilə birgə keçirilir.

Konfrans çərçivəsində təkcə Xəzərin XXI əsrin ən əhəmiyyətli neft-qaz hövzələrindən biri kimi, dünya enerji bazarlarına makrointeqrasiyası məsələləri müzakirə olunmur, həm də ixrac istiqamətlərinin Xəzəryanı dövlətlərin iqtisadiyyatı və neft-qaz sahəsinə təsirinin ətraflı analizi həyata keçirilir, onların energetik bazarlarına, regionda ticarət, nəqliyyat infrastrukturu, tranzit, neft məhsulların keyfiyyətinə baxılır.

Birinci Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı 2007-ci ilin aprelində Bakıda, böyük uğurla keçib. Neftçilər və qazçılar bazar nöqteyi-nəzərindən Xəzər haqqında informasiya verilməsi istiqamətini layiqincə qiymətləndiriblər - tədbirə 20 ölkədən olan 150 biznesmen və mütəxəssis, həmçinin, Azərbaycan, Qazaxıstan, Rusiya, İran, Gürcüstanın aidiyyatı nazirlik və idarələri rəhbərliyinin nümayəndələri baş çəkiblər.

Qarşıdakı konfransda Xəzər dənizinin makroiqtisadi inkişaf aspektləri, ixrac marşrutları, neft və neft məhsulları ilə ticarət, regionda emal - vəziyyəti və inkişaf perspektviləri, limanlar və terminallar, təbii qaz - hasilat və nəql müzakirə olunacaq.

Həmçinin, Xəzər qazı Avrasiya qaz bazarında qiymətin və konyukturanın formalaşdırılmasında faktor kimi, neft məhsullarının keyfiyyətinin təmini kimi məsələlərin müzakirəsi güman edilir.

Xəzər neft-qaz ticarət-nəqliyyat konfransını hökumət təşkilatlarının, sənaye nazirlik və idarələrinin nümayəndələri, şaquli inteqrasiya olunmuş iri neft şirkətlərinin, müstəqil mədən təşkilatları, neft emalı zavodları, neft terminallarının operatorları, ticarət və nəqliyyat neft-qaz şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti