...

LUKOYL şirkətinin qazma qurğusu Bakıda təmir ediləcək

Energetika Materials 7 Fevral 2008 18:59 (UTC +04:00)
LUKOYL şirkətinin qazma qurğusu Bakıda təmir ediləcək

Azərbaycan, Bakı, 07 fevral/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı gəmi təmiri zavodunda Rusiyanın LUKOYL şirkətinin sifarişi əsasında "Astra" qazma qurğusunu təmir edəcəklər. Bu barədə ARDNŞ -nin cümə axşamı yayılan məlumatında deyilir.

Qazma qurğusunun altı tonluq sualtı hissəsi, korpusu və mexanizmləri təmir ediləcək. Qurğu artıq Bakıya gətirilib.

Qurğu 1985-ci ildə SSRİ-nin sifarişi ilə Finlandiyada tikilib. O, Xəzərin şimal hissəsində 70 metrədək dərinlikdə kəşfiyyat-axtarış quyularının qazılması üçün istifadə edilib.

ARDNŞ -nin Bakı gəmi təmiri zavodu 1989-cu ildən fəaliyyət göstərir. Müəssisədə yükqaldırma gücü 15 min ton olan üzən dok var. Müəssisədə hər il 22-dək gəmi təmir edilir. Zavod ISO-9001 və ISO-14001-2004 sertifikatlarına malikdir.

Xəbər lenti

Xəbər lenti