...

ARDNŞ-in perspektivli strukturunda qazma işlərinə yaxın günlərdə başlanılacaq

Energetika Materials 14 İyul 2009 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir E.İsmayılov /

Xəzər dənizinin Azərbaycan hissəsindəki "Ümid" perspektivli qaz strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə yaxın günlərdə başlanacağı planlaşdırılır. Bu barədə bazar ertəsi bu strukturun hazırlanmasını planlaşdıran ARDNŞ şirkətindəki mənbədən bildirilib.   

Ekspertlərin qiymətləndirməsinə əsasən, bu strukturda güclü təzyiqin olması gözlənilir, buna görə də qazma işlərinə hazırlıq diqqətlə həyata keçirilir.

Strukturda kəşfiyyat quyusunun qazılmasını ARDNŞ-in tərkibinə daxil olan "Bayıl limanı" Kəşfiyyat Qazıma İdarəsi həyata keçirəcək.

ARDNŞ-in digər mənbəsinin əvvəlcədən bildirdiyi kimi, ilk kəşfiyyat quyusunun dərinliyi 6500 metr təşkil edir ki, onun da 4000 metrinin bu il qazılması nəzərdə tutulub.

ARDNŞ əvvəlcə "Ümid-1" platformasının tikintisini başa çatdırıb. "Ümid-1" platforması hələ tikintisi başa çatmamış "Çıraq 6" bazasında tikilib. "Ümid-1" proqram çərçivəsində ən böyük obyektdir, onun hündürlüyü 72 metr təşkil edir. Platforma "Bulla Dəniz" yatağınının 15 kilometrliyində 58 metr dərinlikdə yerləşir. Platformada 6 qaz quyusunun qazılması planlaşdırılır. 

"Ümid" perspektivli strukturunda təxmin edilən qaz ehtiyatları 300 milyard kubmetr, qaz kondensatı ehtiyatları isə 30-40 milyon ton həcmində qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti