Qazaxıstan, Astana, 24 sentyabr / Trend , müxbirlər K.Konırova, E.İsmayılov /
Azərbaycan, Qazaxıstan və İranda neft hasilatı həcminin artması Aralıq dənizi regionunda rəqabətin güclənməsinə gətirib çıxaracaq. Bu barədə Qazaxıstanda keçirilən IV Avrasiya Enerji Forumunda çıxış edən "Vitol" şirkətlər qrupunun prezidenti İyen Teylor deyib.
Teylorun dediyinə görə, Qazaxıstan 2015-ci ildə "Kaşaqan", "Tengiz" və digər yataqlardan gün ərzində 2,5 milyon barel neft istehsal edəcək ki, bu da enerji resurslarının iri tədarükçüsü kimi onun rolunu gücləndirəcək.
"Qazaxıstanın digər neft istehsal edən ölkələrdən əsas fərqi odur ki, o, öz enerji resurslarının dünya bazarına çatdırılması üzrə çevik siyasət yeridir. Məlum olduğu kimi, Liviya, Azərbaycan və İranda da neft hasilatının həcmi artıb, bu da Aralıq dənizi regionunda yüksək rəqabətə gətirib çıxaracaq", - Teylor deyib.
Teylorun dediyinə görə, Qazaxıstan öz enerji resurslarını Çin istiqamətində yönəldə bilər. "Bu bir daha onun öz enerji resurslarının nəql edilməsində yeritdiyi çevik siyasəti əks etdirir", - Teylor əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]