Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir E.İsmayılov/
Bu ilin sonunadək Gürcüstanda Azərbaycanın Qara dəniz neft terminalından daşınan neft-maye yüklərinin ümumi həcmi 2 milyon tondan artıq olub. Bu barədə çərşənbə günü neft-qaz bazarındakı mənbədən məlumat verilib. Gürcüstandakı neft terminalının sahibi ARDNŞ-dir.
"Bu ilin sonunadək terminaldan yüklənəcək neft-maye yüklərinin həcminin 2,1 milyon tona yaxın olacağı güman edilir", - mənbədən deyilib.
Mənbənin sözlərinə görə, indiyədək terminaldan 1,9 miyon tondan çox neft-maye məhsulları yüklənib-boşaldılıb.
ARDNŞ-dəki başqa bir mənbədən daha əvvəllər bildirilmişdi ki, 2008-ci ildə terminaldan 1,5 milyon tona yaxın neft-maye yükləri yüklənib-boşaldılıb.
Kulevidəki terminal ötən ilin may ayından istismara verilib, neft məhsullarının faktiki yüklənməsi isə iyundan başlanıb.
Kulevidəki neft terminalı öz işinə ötən ilin yayında başlayıb. Terminalın yükboşaltmasının ümumi gücü üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxil olmaqla ildə 10 milyon ton neft-maye yükütəşkil edir. O, eyni vaxtda 168-dək vaqon sistern qəbul edə bilər. Rezervuar parkının ümumi həcmi 320 min kubmetr təşkil edir. İki il ərzində terminalın buraxılış gücünün 15-20 milyon tona kimi artırılması planlaşdırılır.