Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Yusifzadə/
Əgər dünya neft bazarında bu cür davam edərsə, bu qış neftin qiymətinin daha yüksək olacağını gözləmək olar. Bu barədə İranın OPEK-də nümayəndəsi Məhəmməd Əli Xətibi bəyan edib. Xəbəri İlna agentliyi yayıb.
"Əgər indiki tendensiya saxlanarsa, onda qış dövründə neftin qiyməti möhkəmlənə bilər. Araşdırmalara görə, 2010-cu ilin üçüncü rübündə OPEK-də neftə tələbat 29,3 milyon barel təşkil edir. Bu ilin dördüncü rübündə onun 29,6 milyonadək artacağı gözlənilir", - Xətibi bildirib.
ОPEK ölkələrində neft hasilatı üzrə son məlumatlar sutkada 29,1 milyon barel təşkil edir. Xətibi deyib ki, 2011-ci ildə OPEK dünyada xam neftə tələbatın 86,5 milyon barelədək artacağını proqnozlaşdırır.
Proqnozlara görə, 2010-cu ildə dünyada neftə tələbat 85,5 milyon təşkil edəcək. Ötən illə müqayisədə tələbatın bir milyon barel artması müşahidə olunur.
2010-cu il sentyabrın 3-dək OPEK-də neftin bir barelinin orta qiyməti 72,28 dollar təşkil edib ki, bu da 2009-cu ildəki qiymətdən 11 dollar çoxdur.