...

Xəzərin dibi ilə boru kəmərlərinin tikintisi üçün onların çəkiləcəyi dəniz dibi sahələrinin məxsus olduğu ölkələrin razılığı kifayətdir – Türkmənistan Prezidenti

Energetika Materials 22 Noyabr 2010 15:27 (UTC +04:00)
Türkmənistan Xəzərin dibi ilə boru kəmərləri layihələrinin həyata keçirilməsi üçün onların çəkiləcəyi dəniz dibi sahələrinin məxsus olduğu ölkələrin razılığının kifayət olduğuna qəti əmindir. Bu barədə bazar ertəsi yerli KİV ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sözlərinə istinadən bildirib.
Xəzərin dibi ilə boru kəmərlərinin tikintisi üçün onların çəkiləcəyi dəniz dibi sahələrinin məxsus olduğu ölkələrin razılığı kifayətdir – Türkmənistan Prezidenti

Türkmənistan, Aşqabad, 22 noyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Xəzərin dibi ilə boru kəmərləri layihələrinin həyata keçirilməsi üçün onların çəkiləcəyi dəniz dibi sahələrinin məxsus olduğu ölkələrin razılığının kifayət olduğuna qəti əmindir. Bu barədə bazar ertəsi yerli KİV ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sözlərinə istinadən bildirib.

"Neytral Türkmənistan" qəzetinin məlumatına görə, ölkə rəhbəri, həmçinin belə layihələrin həyata keçirilməsinin "ən yüksək beynəlxalq ekoloji norma və standartlara ən ciddi şəkildə" əməl olunması şərti ilə mümkün olduğunu da əlavə edib. Berdiməhəmmədovun sözlərinə görə, "Xəzər bütün Xəzəryanı ölkələrin onun taleyi üçün cavabdeh olduğu nadir təbii su hövzəsidir".

Yerli mətbuatın məlumatına görə, noyabrın 18-də Xəzəryanı ölkələrin sammitində iştirak edən Berdiməhəmmədov rəhbərlərə müvafiq sahələrdə Xəzərin problematikasına və regionda səmərəli əməkdaşlığın inkişafına aid bütün məsələlərin diqqətlə öyrənilməsi barədə tapşırıq verib.

"Vətən" qəzetində dərc olunan məqalədə dövlət başçısının "Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsinin istisnasız olaraq tərəflərin razılığı və beynəlxalq hüququn hamı tərəfindən tanınan maraqlarından irəli gələn optimal maraqlar balansı əsasında həll edilməsi" haqqında sözləri sitat gətirilib.

Türkmənistan Azərbaycan, Qazaxıstan, Rusiya və İranla yanaşı Xəzər dənizində həmsərhəddir, zəngin karbohidrogen ehtiyatlarına və bioloji resurslara malikdikr. SSRİ-nin süquta uğraması ilə su hövzəsinin hüquqi statusu ilə bağlı yeni sazişin imzalanması zərurəti yaranıb.

Avropa İttifaqını Türkmənistanla əsasən qaz ehtiyatları və xammal mənbələrinin şaxələndirilməsi imkanları bağlayır. Ölkə qaz ehtiyatlarının həcminə görə yalnız RF, İran və Qətərdən geri qalır. Türkmənistanla Azərbaycanı birləşdirəcək və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmağa imkan verəcək Transxəzər boru kəmərinin tikintisi layihəsi perspektivli hesab edilir.

Adətən "Nabukko" qaz kəmərini bu istiqamətlə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, ABŞ və Qərbin iri neft və qaz şirkətlərinin türkmən bazarına gəlişi ilə bu layihənin aktivləri əhəmiyyətli dərəcədə artıb. Bu yaxınlarda Türkmənistanda öz ofisini açan "ExxonMobil" şirkəti Chevron, Total şirkətləri ilə Xəzərin Türkmənistana məxsus hissəsinin işlənməsi üzrə SPA sazişi imzalamağı planlaşdırır. Türkmən hökuməti "Nabukko"nun səhmdarı olan Almaniyanın RWE şirkəti ilə müqavilələrə malikdir.

Qərb müşahidəçiləri hesab edirlər ki, ölkə ərazisində "Şərq-Qərb" qaz kəmərinin inşasına başlanması prosesin müəyyən qədər canlanmasına təkan verib. Bu qaz kəməri Xəzərin şərq sahillərində cəlbedici ehtiyatlara malik "Eloten" yatağının ehtiyatları ilə bağlıdır. Bu günlərdə rəsmi Aşqabad Malayziyanın "Petronas" şirkətinin çalışdığı "Eloten" yatağındakı və Xəzərin Türkmənistan hissəsindəki yataqlar da daxil olmaqla "Nabukko" üçün ildə 40 milyard qaz nəql etməyə hazır olduğunu elan edib.

"Türkməngeologiya" Dövlət Korporasiyasının bu yaxınlarda səsləndirdiyi məlumata görə, dünyada ən iri yataqlar beşliyinə daxil olan "Eloten" supernəhənginin ehtiyatları 21 trilyon kubmetr qaza qədər artıb.

Xəbər lenti

Xəbər lenti