...

ARDNŞ-nin Kulevi neft terminalı ən yaxşı infrastrukturlu terminal adı qazanıb

Energetika Materials 28 Yanvar 2011 15:00 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi tərəfindən təşkil olunmuş mükafatlandırma mərasimində 2009-cu ilin yekunlarına görə, ən yaxşı infrastrukturlu terminal elan olunub.
ARDNŞ-nin Kulevi neft terminalı ən yaxşı infrastrukturlu terminal adı qazanıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi tərəfindən təşkil olunmuş mükafatlandırma mərasimində 2009-cu ilin yekunlarına görə, ən yaxşı infrastrukturlu terminal elan olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü terminalın məlumatında deyilir.

2010-cu ildə Kulevi neft terminalı 3,6 milyon ton neft yükləri daşıyıb ki, bu da 2009-cu ilin göstəricisindən 56 faiz çoxdur.

Kulevi neft terminalı artıq üçüncü ildir ki, ən yaxşı infrastrukturlu terminal kimi tanınır.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti