...

2012-ci ildə Azərbaycanın enerji və sənaye sahələrinə 350 milyon manatadək sərmayə qoyulacağı planlaşdırılır

Energetika Materials 12 Oktyabr 2011 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə Azərbaycanın energetika və sənaye sahələrinə investisiyaların həcmi 342,6 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu barədə çərşənbə axşamı Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

İlkin paylaşdırmaya görə, gələn il enerji və sənaye sektorlarının inkişafına investisiyaların ümumi həcmindən 316 milyon manat dövlət yatırımlarının payına düşəcək, yerdə qalan 26,6 milyon manat vəsaitin isə xarici kredeitlərin hesabına təmin olunması planlaşdırılır.

O cümlədən, Mingəçevirdən Gürcüstan sərhədinədək yüksəkgərginlikli elektrikötürücü xəttin (500 kilovoltluq) bərpası, Lerikdə 16,5 meqavatlıq elektrik stansiyasının tikintisi, yüksəkgərginlikli elektrikötürücü xəttin (35 kilovoltluq) çəkilişi, eləcə də Lerik və Yardımlı rayonlarının sabit enerji təchizatı ilə təmin edilməsi çərçivəsində iki 35 kilovoltluq yarımstansiyanın tikintisi, Xırdalan şəhərində 220/110/10 kilovoltluq yarımstansiyanın (Böyük Şor) tikintisi planlaşdırılıb.

Gələn il habelə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması işləri, azot gübrələri zavodunun tikintisi, "Bakıelektrişəbəkə"nin (Bakıda elektrik enerjisinin paylanması) nizamnamə kapitalının artırılmasına investisiyaların yönəldilməsi planlaşdırılır.

Oktyabrın 12-nə rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti