...

2020-ci ilədək Azərbaycanda daha yüksək ekoloji yanacaq istehsalına başlanacaq

Energetika Materials 4 İyul 2012 13:57 (UTC +04:00)
2019-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada qəbul edilən daha yüksək ekoloji tələblərə uyğun gələn yanacağın istehsalına başlamaq niyyətindədir.
2020-ci ilədək Azərbaycanda daha yüksək ekoloji yanacaq istehsalına başlanacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.İsmayılov/

2019-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada qəbul edilən daha yüksək ekoloji tələblərə uyğun gələn yanacağın istehsalına başlamaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin Avro-6 standartlarına cavab verən dizel yanacağının istehsalı sahəsində potensialı var. Benzinlə bağlı belə imkan yoxdur və maksimum hədd Avro-3 standartında yanacaqdır.

"Daha yüksək ekoloji standartlı benzin 2019-2020-cu illərdə yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisindən sonra istehsal ediləcək", - Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti