...

Taner Yıldız: Mavi yanacaq kəsintisi olmayacaq

Energetika Materials 12 İyul 2013 00:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bu ölkənin Rusiyadan aldığı mavi yanacağın qış aylarında kəsilə biləcəyi haqqında məlumatlara münasibət bildirib. Trend-in "Anadolu" agentliyinə istinadən məlumat verib ki, nazir Türkiyənin Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairlə müqaviləsinin olduğunu bildirib və sözügedən məsələdə diqqətli olmağın vacibliyini qeyd edib.

"Rusiya Federasiyası ilə belə bir sıxıntının yaşanacağı qənaətində deyiləm" - deyən Yıldız vurğulayıb ki, onlar Gazprom və digər şirkətlərlə bu məsələdə sıx əməkdaşlıq edirlər.

Nazir deyib ki, Aleksey Miller və Medvedevlə görüşlər davam etdirilir və Rusiya tərəfdən sıxıntı ilə bağlı hər hansı rəsmi məlumat verilməyib.

" Mavi yanacaq kəsintisi olmayacaq. Mən olacağını da təxmin etmirəm. Çünki onlar dünyanın ən böyük qaz ixracatçısıdır. Ona görə, biz də mavi yanacaqla bağlı sıxıntı yaşamarıq" - deyə Yıldız əlavə edib.

Xəbər lenti

Xəbər lenti