...

Qusar və Xaçmazda qaz olmayacaq

Energetika Materials 25 Fevral 2016 17:58 (UTC +04:00)
Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Qusar və Xaçmazda qaz olmayacaq

Bakı. Trend:

Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 26-da saat 10:00-dan 12:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Qusar", saat 14:00-dan 16:00-dək isə "Xaçmaz" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti