...

"Platts": Azərbaycan 2019-cu ildə neft hasilatını artıra bilər

Energetika Materials 28 Dekabr 2018 17:14 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan OPEK+ razılaşmasına baxmayaraq, 2019-cu ildə neft hasilatını artıra bilər.

Trend-in məlumatına görə, bu barədə “S&P Global Platts” agentliyinin hesabatında deyilir.

Hesabata əsasən “Şahdəniz” qaz-kondensat yatağından kondensat hasilatının artımı Azərbaycanın köhnə yataqlarında hasilatın azalmasını kompensasiya edəcək:

“Biz proqnozlaşdırırıq ki, Azərbaycanda neft və kondensat hasilatı 2019-cu ildə 10 min barel/sutkadan az olmayaraq artacaq. “Şahdəniz” yatağında kondensat hasilatı yatağın işlənməsinin ikinci mərhələsinin işə salınması ilə əlaqədar 30 min barel/sutka artacaq və orta hesabla 90 min barel/sutka təşkil edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti