...

İki rayonda qaz olmayacaq

Energetika Materials 21 Oktyabr 2019 11:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən Heydər Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək. Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti