...

Azərbaycanda alternativ enerji istehsalı artıb

Energetika Materials 16 İyun 2020 23:05 (UTC +04:00)
Azərbaycanda alternativ enerji istehsalı artıb

Bakı. Trend:

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 200,8 milyon kilovatt/saat artaraq 10 095,6 milyon kilovatt/saat təşkil edib.

Trend bu barədə Energetika Nazirliyinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən su elektrik stansiyalarında istehsal 150,5 milyon kilovatt/saat azalaraq 549,0 milyon kilovatt/saata bərabər olub.

Digər mənbələr (külək elektrik stansiyaları, günəş elektrik stansiyaları və Bərk məişət tullantılarının yandırılması zavodu) üzrə istehsal 0,7 milyon kilovatt/saat artaraq 151,9 milyon kilovatt/saat olub.

Külək elektrik stansiyalarında 45,1 milyon kilovatt/saat, Günəş elektrik stansiyalarında 18,1 milyon kilovatt/saat, Bərk məişət tullantılarının yandırılması zavodunda 88,7 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 milyon kilovatt/saat (İES-lərdə 9 186,2 milyon kilovatt/saat, SES-lərdə 464,4 milyon kilovatt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 milyon kilovatt/saat (İES-lərdə 65,2 milyon kilovatt/saat, SES-lərdə 75,1 milyon kilovatt/saat, Günəş ES-də 15,5 milyon kilovatt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 milyon kilovatt/saat təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 24,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 4,3 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti