...

AÇG blokunda neft hasilatı azalıb

Energetika Materials 4 Noyabr 2021 20:02 (UTC +04:00)
AÇG blokunda neft hasilatı azalıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda ümumi hasilat orta hesabla 461 min barel/sutka (ümumilikdə 126 milyon barel və ya 17 milyon ton) təşkil edib.

Trend bu barədə "bp"nin hesabatına istinadən məlumat verir.

2020-ci ilin eyni dövründə bu göstərici 482 min barel/sutkaya (132 milyon barel və ya 17,9 milyon ton) bərabər idi. Beləliklə, AÇG blokunda hasilat 4,35 faiz azalıb.

Bu ilin üçüncü rübündə "bp" Azəri-Çıraq-Günəşli blokunda stabil hasilatı təhlükəsiz və etibarlı şəkildə davam etdirib. Hesabat dövründə Çıraq (29 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (115 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (87 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 461 000 barel neft hasil edilib.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

2021-ci ilin birinci yarısında AÇG-də 7 neft hasilatı və 3 suvurma quyusu qazılıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti