...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 6 Aprel 2023 09:21 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,36 dollar bahalaşaraq 88,06 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,31 dollar bahalaşaraq 85,98 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,31 dollar bahalaşaraq 55,37 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti aprelin 5-də 0,27 dollar bahalaşaraq 85,6 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti