...

Salyanda elektrik yarmstansiyasının tikintisi davam edir

Energetika Materials 17 İyul 2006 16:42 (UTC +04:00)

Son illər Salyanda elektrik yarımstansiyasının tikintisinə başlanıb. Gücü 22- MVt olan yarımstansiyanın tikintisi artıq 3 aya yaxındır ki, davam edir. Yeni obyektin tikintisi üçün Salyanın Noxudlu kəndi ərazisində, Bakı-Astara dəmiryolu yaxınlığında 7,5 hektar torpaq sahəsi ayrılıb. Tikintinin iş icraçısı Güloğlan Nuriyevin verdiyi məlumata görə, yarımstansiyanın sifarişçisi və maliyyələşdirəni qonşu İran İslam Respublikasıdır. İnşa işləri isə "Azərenerjitikinti" şirkəti tərəfindən həyata keçirilir. Bu məqsədlə yeni obyektə 10-dan çox müxtəlif təyinatlı texnika, 60-a yaxın işçi qüvvəsi cəlb edilib. Qısa müddətdə yarımstansiyanın əhatə etdiyi ərazi hasara alınıb, yüksək gərginli transformatorların quraşdırılacağı sahəyə dayaqlar qoyulub. Bununla yanaşı, yeni tikilən obyektdə yardımçı binalar tikilib, su xətləri çəkilib, eləcə də obyektin giriş yoluna asfalt örtüyü döşənib. Yeni tikilən yarımstansiyaya xeyli beton, elektrik dirəkləri gətirilib.Hazırda Əlibayramlı istiqamətindən yarımstansiyaya doğru beton el
ektrik dirəklərinin basdırılmasına başlanıb.

Qeyd edək ki, 220 MVT yarımstansiya Parsabad -Əlibayramlı yüksək gərginlikli xəttə birləşdirildikdən sonra, Salyan, Neftçala və cənüb bölgsi də daxil olmaqla 9 rayona fasiləsiz elektrik enerjisi ötürüləcək. Bundan sonra, əhalinin payız və qış mövsümündə üzləşdiyi enerji problemi tamamilə həllini tapacaq. Xatırladaq ki, bu, respublikamızda tikilən beşinci belə nəhəng yarımstansiyadır.

Xəbər lenti

Xəbər lenti