...

BP Turkey: Türkiyə BTC layihəsi çərçivəsində ətraf mühitin mühafizəsi üçün $12,45 mln. vəsait alıb

Energetika Materials 3 Noyabr 2006 11:45 (UTC +04:00)

Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə hissəsində yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı və ətraf mühitin müafizəsi proqramı çərçivəsində rəsmi Ankara $12,45 mln. məbləğində əvəzsiz dəstək alıb. Trend in xəbər verdiyi kimi, bu barədə BP Turkey şirkətinin axtarışlar və istehsal üzrə direktoru Can Sübhi məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar göstərib ki, bu ərazilərdə yalnız Turkiyədə bitən 507 müxtəlif bitki, o cümlədən 44 nadir heyvan növləri var.

"$9 mln. yaşayış məntəqələrinin inkişafına, $3,45 mln. flora və faunanın bərpası və mühafizəsinə xərclənib", - deyə Sübhi qeyd edib. O bildirib ki, BTC Türkiyənin 300 yaşayış məntəqəsinin yaxınlığından keçir.

Xəbər lenti

Xəbər lenti