...

Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan neft həcmlərini açıqlayıb

Energetika Materials 27 Noyabr 2006 16:38 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 1 noyabr 2006-cı il tarixinə qədər Bakı-Supsa qərb boru kəməri marşrutu ilə 5615560,2 ton neft ixrac olunub.

Trend xəbər verir ki, Bakı -Novorossiysk şimal boru kəmər marşrutu ilə (1 noyabr 2006-cı il tarixinə) 3813266 ton neft ixrac olunub.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə analoji dövrdə 5523811 ton xam neft ixrac olunub.

Bu il noyabrın 1-nə qədər dəmir yolu ilə göndərilmiş xam neftin həcmi 4911674,9 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti