...

Kadrların hazırlanması proqramı çərçivəsində ARDNŞ-də görüş keçirilib

Energetika Materials 5 Mart 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətində Study Group (Böyük Britaniya) təşkilatının xüsusi layihələr üzrə direktoru Mak Maqon və bu şirkətin Azərbaycandakı tərəfdaşı Gunar təhsil və texnologiyalar mərkəzinin rəhbərliyi ilə görüş keçirilib. Neft Şirkətindən verilən məlumata görə, bu görüş "ARDNŞ kadrlarının xaricdə hazırlanması proqramı" çərçivəsində keçirilib.

Təşkilatın nümayəndələri təhsilini xaricdə davam etdirmək niyyətində olan tələbələrlə görüşüblər. Hazırda ARDNŞ ölkədən kənarda hazırlanacaq kadrların təqaüd proqramını həyata keçirir. Daha sonra isə bu kadrlar Dövlət Neft Şirkətində işə cəlb olunacaqlar.

Xəbər lenti

Xəbər lenti