...

Argentina şirkətləri Xəzər dənizi resurslarının işlənməsində iştirak etmək niyyətindədir

Energetika Materials 6 Mart 2007 16:14 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bir sıra Argentina şirkətləri Xəzər dənizi resurslarının işlənməsi prosesində iştirak etmək niyyətindədir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri ilə görüşündə Argentinanın Azərbaycandakı yeni səfiri Lukas Bruqo bəyan edib.

Həmçinin Argentinanın "Enerjiqaz" dövlət şirkəti bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Səfirin sözlərinə görə, ölkəsi Azərbaycanla münasibətlərə böyük önəm verir.

Nazir qeyd edib ki, Argentina şirkətlərinin Xəzər dənizi resurslarının işlənməsinə maraq göstərməsi müsbət qiymətləndirilir. Azərbaycan iqtisadiyyatda "açıq qapılar" siyasətini həyata keçirir və Argentina şirkətləri də bu imkanlardan istifadə edə bilər. Onun sözlərinə görə, Azərbaycan Argentina şirkətləri ilə konkret layihələri müzakirə etməyə hazırdır. Şirkət rəhbərləri və ekspertlər danışıqların aparılması üçün Azərbaycana dəvət olunub.

Xəbər lenti

Xəbər lenti