...

Azərbaycanda POS-terminallarda hər dördüncü əməliyyat "tokenləşdirilmiş"dir - Mərkəzi Bank

Maliyyə Materials 6 Sentyabr 2023 12:21 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda POS-terminallarda yerinə yetirilən hər dördüncü tranzaksiya "tokenləşdirilmiş" (yəni mobil telefon və ya digər smart qurğular vasitəsilə əməliyyatlar) olur.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Onun sözlərinə görə, bu Azərbaycan əhalisinin yeniliklərə açıq olduğunun göstəricisidir.

"Avqustun birinə olan məlumatlara görə, ölkədə bu kartlarla nağdsız hesablaşmaların həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb. Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin payı ötən ilin analoji dövrü ilə müqayisədə 12,3 faiz bəndi artaraq 53 faiz olub", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu il avqustun 1-nə olan məlumatlara əsasən, Azərbaycanda ödəniş kartlarının sayı ötən ilin anaoloji dövrü ilə müqayisədə 20 faiz artaraq, 15 milyonu ötüb.

Xatırladaq ki, 2023-cü il avqustun 1-nə olan məlumatlara əsasən, Azərbaycanda ödəniş kartları ilə bankomatlar və POS-terminallar vasitəsilə dövriyyə 3,318 milyard manat və ya 64,51 faiz artaraq 5,143 milyard manatdan 8,461 milyard manata qalxıb.

Ödəniş kartları ilə əməliyyatların ümumi sayı 111,95 milyon (il ərzində 113,74 faiz artım) təşkil edib, o cümlədən, 316 milyon manat dəyərində 5,664 milyon əməliyyat ölkə xaricində həyata keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti