...

Yaşıl enerji istehsalının ümumi enerji balansında payı kəskin şəkildə artırılmalıdır - ŞƏRH

Yaşıl iqtisadiyyat Materials 24 Fevral 2024 09:52 (UTC +04:00)
Yaşıl enerji istehsalının ümumi enerji balansında payı kəskin şəkildə artırılmalıdır - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl enerji istehsalının ümumi enerji balansında payı kəskin şəkildə artırılmalıdır.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, ölkəmizdə bu imkanlar mövcuddur.

"Lakin bunun ənənəvi enerji istehsalının zəifləməsi və prioritetlərdən çəkindirilməsi hesabına baş verməsi böyük problemlərə səbəb ola bilər. Biz bunu dünya təcrübəsində də görürük. Ölkəmizin də dayanıqlı rəqabət üstünlüklərindən biri ənənəvi enerji sektorudur. Hesab edirəm ki, biz tamamlayıcı roldan danışmalıyıq. Bir tərəfdən ənənəvi istehsalın inkişafına bundan sonra da müvafiq prioritet istiqamət kimi yanaşılmalıdır. Amma alternativ istehsalın payı kəskin şəkildə artırılmalıdır. Çünki bugünki göstəricilər ölkənin bu istiqamətdə işçi potensialından çox uzaqdır", - o deyib.

Ekspert qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə Kiçik Su Elektrik Stansiyalarının istismara verilməsinə nail olmalıyıq.

"Bu ərazilərdə böyük su potensialı mövcuddur. Ölkənin 25%-ə qədər su potensialı azad edilmiş ərazilərin payına düşür. Bu da həmin bölgələrdə Su Elektrik Stansiyalarının tikintisini istismara verilməsini perspektivli edir. Digər tərəfdən külək və günəş enerjisi ilə bağlı da imkanlar mövcuddur. Biz həmin bölgədə alternativ istehsalı optimallaşdıra biləcəyiksə şübhəsiz ki, bölgənin sosial-iqtisadi inkişafına da müsbət təsir edəcək.

Azad edilən ərazilərdə yaşıl enerjinin istehsalı bir çox istiqamətlərə yönləndiriləcək. Bu sosial, humanitar infrastrukturun ilk növbədə yaşıl enerji hesabına təmin edilməsi mümkündür. Lakin bölgələrimizdə sənayeləşmədən və ixracın şaxələndirilməsinə yönəlik enerji sektorunun inkişafında ənənəvi istehsaldan imtina etməli deyilik", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti