...

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru: 2010-cu ilin yekunları

Telekommunikasiya Materials 20 Dekabr 2010 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarı son illərin davamlı dinamikası sayəsində dünya maliyyə-iqtisadi böhranından nikbinliklə çıxıb.

Narahatlıqlara baxmayaraq, 2010-cu il ölkənin İKT bazarı üçün heç də uğursuz olmadı. 25-30 faiz artım göstəricisi Azərbaycanın İKT bazarı üçün adi hal alıb və 2010-ci ildə dünya böhranına baxmayaraq, bazarın artımının 30 faiz təşkil edəcəyi gözlənilir.

2010-cu ildə bazardakı artıma müsbət təsir edən aspektlər hökumət tərəfindən irimiqyaslı layihələrin dəstəklənməsi, maliyyə sektoru oyunçularının, telekommunikasiya və digər iri şirkətlərin qabaqcıl texnologiyaların tətbiqinə artan tələbatı, pərakəndə və ev istifadəçilərinin bazarının inkişaf etməsi olub.

2010-cu il informasiya cəmiyyətinin qurulmasında bir sıra mühüm qərarların qəbul edilməsi, telekommunikasiyalar sahəsində və s. irimiqyaslı layihələrin həyata keçirilməsi ilə yadda qalıb.

"Elektron Azərbaycan"

Avqustun 11-də ölkədə ikinci "2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı" (Elektorn Azərbaycan)" təsdiqlənib. Strategiyanın redallaşdırılması ilə ölkənin Rabitə və İnfofrmasiya Texnologiyaları Nazirliyi məşğul olur.

Dövlət proqramı dörd əsas istiqamət üzrə reallaşdırılacaq. Bunlar telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli idarəetmə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişafı, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, eləcə də İKT-nin ixrac və rəqabətə davamlılığın gücləndirilməsidir.

Proqramın maliyyələşdirilməsi dövlət büdcəsi, daxili və xarici investisiyalar, kreditlər, qrantlar, beynəlxalq və xarici təşkilatların texniki-maliyyə yardımı, həmçinin, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Dövlət proqramının reallaşdırılması ilə informasiya cəmiyyətinin, internet seqmentinin inkişafı üçün şəraitin yaradılması, kompüter istifadəçiləri dairəsinin genişlənməsi, "rəqəm bərabərsizliyi"nin aradan qaldırılması, "elektron hökumət" həllinin tətbiqi, elektron rəqəmli imzaların və digərlərinin tətbiqi gözlənilir.

"Elektron Azərbaycan" proqramının növbəti mərhələsi çərçivəsində tədbirlər planına uyğun olaraq, operatorların infrastruktur şəbəkəsinin inkişafı, şəbəkələrin tamamilə elektronlaşdırılması, telekommunikasiya sahəsində müstəqil nizamlayıcı orqanın yaradılması, peyk rabitəsi əsasında xidmətlərin göstərilməsi, elektron kommersiyanın inkişafı üzrə tədbirlər nəzərdə tutulur.

Bu gün Azərbaycanda "Elektron hökumət"in qurulması üzrə bir sıra layihələr reallaşdırılır. Bu, bu və ya digər dövlət müəssisənin fəaliyyəti haqqında oraya baş çəkmək zərurəti olmadan məlumat əldə etmək, kommunal xidmətlərin, rabitə operatorlarının və digərlərinin haqqının ödənilməsi üçün elektron-ödəmə sisteminin tətbiqi, sahibkarlıq strukturlarının "bir pəncərə" prinsipi üzrə qeydiyyatı, elektron vergi bəyannamələrinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına elektron ərizələrin verilməsidir. Bu xidmətlər "Elektron hökumət" konsepsiyasının reallaşdırılması çərçivəsində gələcəkdə də hökumətdən dəstək alacaqlar.

Ümumilikdə Azərbaycanda "Elektron hökumət"in yaradılması çərçivəsində 20 baza elektron xidmətinin tətbiqi nəzərdə tutulub ki, bunlardan 12-si əhali üçün, səkkizi isə biznes-sektor üçün nəzərdə tutulub.

"Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsi

"Şərq-Qərb" informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın irəli sürdüyü təşəbbüs BMT Baş Assambleyasının 64-cü sessiyasının 66-cı iclasında qəbul edilib. Təşkilat yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

Layihə ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafında mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasındakı "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Qətnamənin qəbul edilməsi Azərbaycana həm regional, həm də dünya miqyasında layihənin əlaqələndiricisi kimi çıxış etməyə, eləcə də əlavə maliyyələşdirmə cəlb etməyə imkan verir. Layihənin dəyəri yüz milyonlarla dollar həcmində dəyərləndirilir.

Layihənin həyata keçirilməsində Çinin "China Telecom", Türkiyənin "Turk Telecom", Rusiyanın "Rostelekom" şirkətləri kimi ən iri operatorlar, həmçinin Azərbaycandakı operatorlar maraqlıdırlar. 2011-ci ildə "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsi üzrə konsorsiumun yaradılması haqqında memorandumun imzalanacağı gözlənilir.

Konsorsiumun yaradılması layihənin kommersiya baxımından reallaşdırılmasının əsasını qoyacaq.

Kosmik sənaye

Hazırda Azərbaycanda kosmik sənayenin yaradılması və ilk milli "Azerspace" telekommunikasiya peykinin buraxılışı üzrə iş aparılır.

Peykin orbitə çıxarılması, onun idarə olunması və istismarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeçiliyində "Azərkosmos" ASC yaradılıb. Şirkətin səhmləri dövlətə məxsusdur.

ASC-nin yaradılması kosmik fəzanın dinc məqsədlərlə istifadəsinin formalaşdırılması və kosmik məkandan kommersiya üçün istifadə olunması məqsədi daşıyır. Dövlət proqramında əsas bəndlərdən biri "Azerspace" telekommunikasiya peykinin orbitə buxarılmasıdır.

"Azerspace" peykinin istehsalçısı kimi ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.

"Arinaspace" şirkəti "Ariane-5" raketdaşıyıcılarının istehsalı, istismarı və marketinqini həyata keçirir.

Azərbaycanın telekommunikasiya peyki "Azerspace" rəqəmsal teleradioaparıcılığı, internet şəbəkəsinə çıxış, məlumat ötürülməsi, VSAT multiservis şəbəkəsinin yaradılması kimi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

"Azerspace"in xidmət zonalarına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

"Azerspace" milli peykinin buraxılış layihəsinin gerçəkləşməsi kosmik telekommunikasiya və rabitə sistemi sahəsində yeni texnologiyaları tətbiq etməyə imkan verəcək, informasiya azadlığını təmin edəcək və vahid informasiya məkanının formalaşmasına şərait yaradacaq.

Azərbaycanın bu layihəyə qoyduğu kapital, nazirliyin hesablamalarına görə, 319 milyon manat təşkil edəcək və onun 127 milyonu peykin istismar xərclərinə ayrılacaq. Layihə altı illik istismardan sonra qoyulmuş investisiyaları əhatə edəcək.

Bu gün ölkə rabitə və televeriliş üçün xarici peyk transponderlərinin icarəsinə milyon dollarlarla pul xərcləyir. Beynəlxalq təcrübəyə əsasən, altı-səkkiz transponderlərin icarəsi ildə təxminən 9-10 milyon dollara başa gəlir. Milli peykin buraxılışı bu problemi həll etməyə imkan verəcək.

"Azerspace" milli telekommunikasiya peykinin buraxılışı layihəsindən alınan gəlirin həcmi 495 milyon manat təşkil edəcək. Mənfəətin həcmi 176 milyon manat təşkil edəcək.

Nazirlik qarşısında duran prioritet məsələlərdən biri peykin resurslarının satışıdır. Nazirlik "Azerspace"in resurslarının 80 faizini beynəlxalq bazara çıxarmaq, yerdə qalan 20 faizini isə respublikadaxili səviyyədə istifadə etmək fikrindədir.

Ümumi telefon şəbəkəsinin elektronlaşdırılması

Azərbaycanın postsovet məkanında 2008-ci ildə bütün ölkə ərazisinin telefonlaşdırılmasına nail olmuş ilk ölkədir. Yaxın vaxtlarda Azərbaycanın bütün ərazisində ümumi telefon şəbəkəsi elektron formaya keçiriləcək.

Bu gün Azərbaycanda elekton ATS-lərin xüsusi çəkisi 93 faiz təşkil edir. Paytaxtda bu göstərici 95 faiz, respublikanın digər regionları üzrə 90 faiz təşkil edir.

Bu gün bütün respublika üzrə hər 100 nəfərə düşən telefonların ümumi sayı 16,2 ədəd təşkil edir. Paytaxtda bu göstərici 34,6 ədəd, respublikanın digər regionları üzrə 10,7 ədəd, kənd yerlərində isə yeddi ədəd təşkil edir.

Ümumilikdə ilin əvvəlindən regional və paytaxtın telekommunikasiya şəbəkələrinin yenidən qurulması və montaj tutumunun artırılmasına 17 milyon manata yaxın sərmayə qoyulub.

Mobil rabitə bazarı

Azərbaycanda mobil rabitə bazarı son iki ildə sürətli artım yaşayır. İldən-ilə əhalinin daha az ödəniş qabiliyyətli təbəqəsi arasında rəqabət mübarizəsi güclənir və abunəçiyə hesablanan orta gəlir göstəricisi azalır. Bu tendensiya Azərbaycanın mobil rabitə operatorlarını gəlirlərin artırılması və bir abunəçiyə xidmət satışından orta aylıq gəlir göstəricisinin (ARPU) artırılmasını nəzərdə tutan kontent-xidmətlər tətbiq etməyə sövq edir. Bu göstərici bu gün 15-17 dollar təşkil edir.

Azərbaycanda mobil rabitənin nüfuzetmə səviyyəsi 94,7 faiz təşkil edir. Bu il yanvarın 1-nə olan vəziyyətə görə, bu göstərici 86,2 faiz təşkil edir. Lakin rabitə operatorlarının payına telekommunikasiya sektoru üzrə əldə olunan gəlirlərin həcminin 74 faizi düşür.

Son illər mobil rabitə bazarında bir sıra müsbət tendensiyalar müşahidə olunur. Bunlar abunəçi bazasında nəzərəçarpacaq artım, yeni xidmətlərin tətbiqi, 3G mobil şəbəkəsinin tətbiqi və digərlərindən ibarətdir.

3G şəbəkəsini tətbiq edən ilk operator "Azerfon"dur, o, ötən ilin sonlarında lisenziya alıb.

Gözlənilir ki, yaxın vaxtlarda 3G xidmətlərinin göstərilməsi üzrə lisenziyanın sahibi "Azercell" şirkəti olacaq. O, artıq bu rabitə standartına keçidə hazır olduğunu bəyan edib. Üçüncü nəsil texnologiyalarına əsaslanan baza stansiyalarının quraşdırılması üzrə işlər "Bakcell" şirkəti tərəfindən də aparılır.

İnternet-bazar

Son illər ərzində Azərbaycanın internet bazarı internet istifadəçilərinin sayının durmadan artdığını nümayiş etdirir. Azərbaycanda internetdən istifadə səviyyəsi 44 faizi ötür ki, bunun 12 faizi genişzolaqlı giriş istifadəçiləridir.

AzNET seqmentində trafikin ümumi buraxılış qabiliyyəti 35 Qbit/saniyəni ötür ki, bunun cəmi 10-11 Qbit/s-si yüklənib, yerdə qalan hissə seqmentin xarici amillərə davamlılığının artırılması məqsədilə ehtiyatdadır. Trafik ölkəyə İran, Rusiya və Türkiyə ərazisindən optik xətlərlə daxil olur. Respublika daxilində məlumatların ötürülməsi sürəti 40 Qbit/s-dək çatır.

Azərbaycanda 40-a yaxın internet-servis provayderi fəaliyyət göstərir. Son illər ərzində provayderlər simsiz genişzolaqlı qoşulma metodlarını mənimsəyiblər. Onların ən çox yayılmış növləri Wi-Fi, iBurst və WiMAX və digərləridir.

Son iki ildə internet tarifləri orta hesabla altı-yeddi dəfə artıb ki, bu da xarici kanalların (həm peyk, həm də yerüstü) qiymətlərinin azalması, avadanlıqların ucuzlaşması və provayderlər arasında rəqabətin artması ilə izah olunur.

Bu gün seçilən tarif planından (genişzolaqlı ADSL) asılı olaraq abunəçilərin ADSL-dən istifadə xərcləri 10 manatdan (256 Kbit/s) 140 manatadək (8192 Kbit/s) təşkil edir. 12 saatlıq nominalla Dial-up kartlarının minimum dəyəri bir manat, ay ərzində qeyri-məhdud istifadə 12 manatdan başlayır.

Azərbaycanda 2011-2013-cü illər üzrə genişzolaqlı internetin inkişafı strategiyası işlənib hazırlanıb. O, internetdən istifadə imkanlarının genişləndirilməsini və son istifadəçi üçün daha əlverişli olmasını nəzərdə tutur.

Yeni strategiyada tariflərin azaldılması və təklif olunan tarif planlarının (ilk növbədə, dövlət internet-provayderlərinin) sayının artırılmasını və rabitə operatorlarının telekommunikasiya şəbəkələri üzrə portların miqdarının artırılmasını nəzərdə tutur.

Elektron rəqəmsal imzaların verilməsi

Respublikada rəqəmli imzaların verilməsi infrastrukturunun qurulması üzrə işlər başa çatıb. Eləcə də imzaların verilməsi üçün normativ-hüquqi sənədlərin layihəsi üzrə işlər başa çatıb, yekun sənədə isə hökumətdə baxılır.

Hüquqi və fiziki şəxslərə elektron rəqəmsal imzaların ilkin verilməsi 2011-ci ilin birinci rübündə həyata keçiriləcək.

Azərbaycanda rəqəmsal imzaların verilməsinə üç mərkəzin cəlb olunması planlaşdırılıb. Onlardan ikisi dövlət və özəl sektora xidmət göstərəcək, digəri isə baş mərkəz olacaq. Qəbul olunmuş beynəlxalq normalara görə, elektron rəqəmsal imzaların verilməsi pullu əsasda həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti