...

ITU tezlik resurslarından əlverişli koordinasiya və səmərəli istifadə üsullarını öyrənir

Telekommunikasiya Materials 10 Mart 2011 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU - International Telecommunication Union) üzv ölkələr tezlik resurslarından ən əlverişli koordinasiya və səmərəli istifadə üsullarını aşkar etmək üçün araşdırma aparırlar. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) baş mühəndisi İlham Əfəndiyev deyib.

Əfəndiyevin sözlərinə görə, bu məsələnin həllinə öz baxışları olan bir sıra ölkələrlə fikir ayrılığı hələ ki qalmaqdadır.

Ümumdünya Radiorabitə konfransının fevralın 14-25-də Cenevrədə keçirilən ilkin iclası zamanı ITU-ya və Regional Rabitə Birliyinə üzv ölkələrin peyk rabitəsi, naviqasiya və televiziya sistemlərinin koordinasiyası məsələsi ilə bağlı ilkin təklifləri müzakirə edilib.

"Hazırda 38 yeni qətnamə və 3 tövsiyə var, onlarla bağlı müzakirələr aparılır. Bütün ölkələrin hamısı heç də buna birmənalı yanaşmırlar. Bəziləri koordinasiyanın üsul, məsafə və səviyyəsinin, daha dəqiq desək, onların hansı səviyyədə koordinasiya edilib-edilməyəcəklərinə tərəfdardırlar", - Əfəndiyev bildirib.

DRİ-nin baş mühəndisinin fikrincə, son qərar 2012-ci ildə Ümumdünya Radiorabitə konfransında qəbul ediləcək. Konfrans qeyri-müəyyənliklərə son qoya bilər və koordinasiyanın optimal üsulunu və ya bəzi hallarda koordinasiya prosedurlarının həyata keçirilməsinə imkanın verilməməsini müəyyənləşdirə bilər.

Azərbaycanın təklifi əsasən peyk sistemlərinin tezlik mənsubluqlarının koordinasiyası prosedurlarının sadələşdirilməsinə və tezlik resurslarının bərabər bölüşdürülməsinə aiddir.

Azərbaycan "kağız peyklər" (orbitin alınması üçün buraxılmayanlar) üçün geostasionar peyklərin orbitlərində mövqeyin tutulmasına imkan verməyən beynəlxalq hüquq mexanizmlərinin hazırlanması prosesinə tərəfdardır. Azərbaycanın "kağız peyklər" praktikasının aradan qaldırılması ilə bağlı beynəlxalq hüquq mexanizmlərinin hazırlanması üzrə təklifi 2012-ci ildə Ümumdünya Radiorabitə konfransında irəli sürüləcək. ITU-nun tədqiqat komissiyalarına artıq peyk rabitəsi və tezlik resursları sisteminin koordinasiyası prosedurlarının sadələşdirilməsi məsələrinin öyrənilməsi tapşırılıb.

Orbital mövqelərin koordinasiyası məsələsi ilə bağlı ITU-ya müraciət edən ölkə olaraq Azərbaycan maraqlıdır ki, bununla bağlı prosedur qaydaları sadələşdirilsin və qısa müddət ərzində həyata keçirilsin.

Azərbaycan peyk sistemlərinin tezlik mənsubiyyətinin koordinasiyası məsələsini artıq 35 ölkə ilə razılaşdırıb. Onlarla razılşadırılma aparılmalıdır. Qarşıdakı 5 ildə ölkə maraqlarına daxil olan bütün qonşu peyk rabitəsi sistemlərinin sahibləri ilə koordinasiya məsələlərini həll etməlidir.

Xəbər lenti

Xəbər lenti