...

"Microsoft Azerbaijan" məktəblər üçün yeni proqram həllərini təqdim edir

Telekommunikasiya Materials 21 Noyabr 2011 15:00 (UTC +04:00)
"Microsoft" korporasiyasının Azərbaycandakı nümayəndəliyi orta ixtisas məktəblərinə riyaziyyat, kimya və astronomiya kimi fənlər üzrə proqram həllərini təklif edir.
"Microsoft Azerbaijan" məktəblər üçün yeni proqram həllərini təqdim edir

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir H.Vəliyev/

"Microsoft" korporasiyasının Azərbaycandakı nümayəndəliyi orta ixtisas məktəblərinə riyaziyyat, kimya və astronomiya kimi fənlər üzrə proqram həllərini təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin məlumatında deyilir.

Söhbət "MS Mathematics", "MS Chemistry" və "MS Worldwide Telescope" proqram həllərindən gedir ki, onların hər biri təhsil məqsədi üçün nəzərdə tutulub və Microsoft Word-ə ("Microsoft Office" zərfinə daxil olan) ödənişsiz birləşdirilə bilər. Proqramları "Microsoft"un rəsmi saytından da yükləmək olar.

Ölkənin orta məktəb sistemində bu proqramların tətbiqi 2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulub.

"Microsoft Mathematics" proqram məhsulu onları vizual diaqrama dəyişdirərək istənilən mürəkkəb formulu asan mənimsəməyə imkan verir. "Microsoft Chemistry" proqramı kimyəvi elementlərin sxematik təsvirini əldə etməyə, "Microsoft Worldwide Telescope" isə göyün virtual xəritəsini yaratmağa, istənilən kosmik obyekti axtarmağa və ona istənilən nöqtədən baxmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti