...

Samsung SyncMaster SA850 monitoru dünyanın hər yerindən müsbət rəy alır

Telekommunikasiya Materials 25 Noyabr 2011 14:58 (UTC +04:00)
Geniş görünüş bucağını təmin edən Samsung SyncMaster SA850 monitoru informasiya texnologiyaları sahəsində ixtisaslaşan bir sıra Amerika və Avropa KİV-lərinin müsbət rəylərini almışdır.
Samsung SyncMaster SA850 monitoru dünyanın hər yerindən müsbət rəy alır

Azərbaycan, Bakı, 25 noyabr / Trend/

Geniş görünüş bucağını təmin edən Samsung SyncMaster SA850 monitoru informasiya texnologiyaları sahəsində ixtisaslaşan bir sıra Amerika və Avropa KİV-lərinin müsbət rəylərini almışdır. Qeyd etmək lazımdır ki, hal-hazırda Samsung şirkəti peşəkar monitorlar bazarını fəth etmək niyyətindədir.

Daha da mükəmməl PLS-texnologiyasının (Plane to Line Switching - səthdən xəttə keçmə) istifadə olunduğu SyncMaster SA850 monitoru 2560x1440 piksellik icazəni, yəni dörd 720p HDTV icazəsini təmin edir. Bu premium-monitor həm şaquli, həm də üfuqi görünüş bucağından rəng ötürülməsini itirmədən daha dəqiq və aydın rəngləri əks etdirir.

Texnologiyalar sahəsində ABŞ-ın ən məşhur nəşrlərindən biri olan "CNET" Samsung SA850 monitorunu özünün ən yüksək qiymətilə ("Redaktorun Seçimi") dəyərləndirmişdir. CNET həmin monitoru "yüksək məhsuldarlıqlı və bir çox opsiyalara malik dəbli, peşəkar və əla işlənib hazırlanmış monitor" kimi qeyd etmişdir.

ABŞ-ın texnologiyalar sahəsi üzrə ixtisaslaşan KİV-ləri qeyd edir ki, "Samsung monitoru daha zəngin rənglərin və daha dərin qara rəngin" ötürülməsini təmin edir. Tam erqonomik dəstək və geniş çeşidli faydalı opsiyalar sözügedən monitoru "digər monitorlardan fərqli olaraq daha da çox imkanları təmin edən peşəkar monitor axtaranlar üçün əla seçimə" çevirir.

Texnologiyalar sahəsində Böyük Britaniyanın ən nüfuzlu nəşrlərindən biri olan "Trusted Reviews" Samsung SyncMaster SA850 monitorunu çox heyrətləndirici adlandırmış, və "PLS texnologiyası əsasında işlənib hazırlanmış monitorda tünd rənglərin detallaşdırılmasını ən yaxşılarla bir sırada durduğunu" qeyd etmişdir. Gözlənildiyi kimi monitora yaxın və ya uzaqda oturmağınıza baxmayaraq rəng ötürülməsi keyfiyyəti ideal olaraq qalır".

"Trusted Reviews" qeyd etdi ki, sözügedən innovasiyalı model "bu günə kimi maye-kristallı displeylərdə görüdüyümüz ən yüksək məhsuldarlığı" təmin edir və "27-düymlük monitorlar bazarının mükəmməl iştirakçısına çevrilir".

Böyük Britaniyanın aparıcı İT və biznes nəşri "PC Pro" da SyncMaster SA850 monitorunu yüksək qiymətləndirib və "zəngin və parlaq rəngləri, həmçinin canlı təsviri" təmin etdiyini qeyd etmişdir. Monitor həmçinin 3 ədəd USB çıxışla da təchiz olunub".
Samsung SyncMaster SA850 monitoru Fransadan da müsbət rəylər almışdır. Fransanın ən etibarlı İT-nəşrlərindən biri PC World "850 seriyalı Samsung: ideal monitora yaxındır?" adlı məqalə dərc etmişdir. Həmin məqalədə Samsung-un PLC-panellərinin "178 dərəcəli görünüş bucağını" təmin etməsini və bu həllərin "ideala çox yaxın" olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti