...

"Connect" rəqəmsal TV xidmətlərinə qoşulmağı təklif edir

Telekommunikasiya Materials 23 Aprel 2012 17:14 (UTC +04:00)
Rəqəmsal TV və ADSL-internet xidmətləri provayderi olan "Connect" şirkəti "Bahar kampaniyası"nın keçirilməsini elan edir.
"Connect" rəqəmsal TV xidmətlərinə qoşulmağı təklif edir

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Rəqəmsal TV və ADSL-internet xidmətləri provayderi olan "Connect" şirkəti "Bahar kampaniyası"nın keçirilməsini elan edir. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

Azərbaycan Nazirlər Kabinetinin rəqəmsal yayım formatına keçid haqqında qərarına müvafiq olaraq hazırlanan kampaniya 1 ay müddətində - aprelin 1-dən 30-dək davam edəcək.

"Bahar kampaniyası" xüsusi tariflər üzrə "Connect TV" rəqəmsal televiziyaya qoşulma imkanlarını təqdim edir. "Connect TV" rəqəmsal TV qəbuledicinin qiyməti 29 manat, abunəçinin ünvanında quraşdırılma haqqı isə 15 manatdır.

Şirkət Bakı, Sumqayıt şəhərlərində və ümumilikdə Abşeron yarımadasında yayımlanan rəqəmsal efir-kabel televiziyasıdır.

"Connect" şirkəti tezliklə televiziya kanalların HD və 3D formatında yayımlanmasına başlayacaq.

Şirkətin texniki dəstək mərkəzi (159) həftənin bütün günlərində 24 saat ərzində xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti