...

Azərbaycan regional texnopark yaradır

Telekommunikasiya Materials 3 Noyabr 2016 16:52 (UTC +04:00)
“Yüksək Texnologiyalar Parkı” MMC Pirallahı texnoparkının yeni konseptini təqdim edəcək.
Azərbaycan regional texnopark yaradır

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC Pirallahı texnoparkının yeni konseptini təqdim edəcək.

Trend-in məlumatına görə, bunu qurumun baş direktoru Seymur Ağayev Milli Sahibkarlar Konfederasiyası yanında İKT müəssisələri ilə iş üzrə komissiyanın iclasında deyib.

S.Ağayev yeni konseptin Bakutel-2016 beynəlxalq telekommunikasiya sərgisində təqdim olunacağını deyib.

Texnopark Pirallahı qəsəbəsində inşa olunacaq. Parkın ərazisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Bu addımın əsas məqsədi regional texnoloji parkın yaradılması və Azərbaycanın regionun aparıcı qüvvəsinə çevrilməsidir. Hazırda park ərazisində infrastruktur və tikintiyə hazırlıq işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti