Bakı. Hüseyn Vəliyev - Trend:
Beynəlxalq Elektrik Rabitəsi İttifaqı beynəlxalq səviyyədə kibertəhlükəsizliyin təmin olunmasında Azərbaycanın və Rusiyanın töhfəsini yüksək qiymətləndirir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə BakuTel – 2017 23-cü Beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” sərgisi və konfransında iştirak edən təşkilatın rəhbəri Houlin Çyao deyib.
Onun sözlərinə görə, kiberhücumlar hər kəs üçün təhdiddir, ona görə də kibertəhlükəsizlik böyük əhəmiyyət kəsb edir və bu mövzu beynəlxalq platformalarda nəzərdən keçirilir: “Kibertəhlükəsizlik məsələsi bu gün, xüsusilə də rəqəmsal iqtisadiyyata keçid fonunda ən aktual mövzulardandır. Əlbəttə, biz bu məsələ üzərində işləyirik. Ona görə də beynəlxalq təşkilat olaraq biz Azərbaycanın, eləcə də Rusiya və digər ölkələrin rolunu yüksək qiymətləndiririk”.