...

Azərbaycanda texnoparkların fəaliyyəti genişləndirilir

Telekommunikasiya Materials 26 Oktyabr 2018 19:54 (UTC +04:00)
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texnologiya parklarının fəaliyyətinin genişləndirilməsi və yüksək texnologiyalar sahəsində yeni istehsalat müəssisələrinin yaradılması üzrə işlər aparır
Azərbaycanda texnoparkların fəaliyyəti genişləndirilir

Bakı. Hüseyn Vəliyev - Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texnologiya parklarının fəaliyyətinin genişləndirilməsi və yüksək texnologiyalar sahəsində yeni istehsalat müəssisələrinin yaradılması üzrə işlər aparır.

Trend-in məlumatına görə, bunu innovativ inkişaf layihəsinin təqdimat mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, innovativ fəaliyyətin həvəsləndirilməsi üçün “Yüksək Texnologiyalar Parkı” MMC yanında biznes inkubasiya mərkəzi yaradılıb. Hazırda bu mərkəzdə 30-dan çox startap fəaliyyət göstərir:

“Bundan başqa, Nazirlik nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzi hazırda nanotexnologiyalar sahəsində prioritet istiqamətlər üzrə iş aparır. Bu istiqamətdə keçirilmiş 6 qrant müsabiqəsinin yekununda 117 layihə maliyyələşdirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti