Qarabağın bərpasında “rəqəmsal nəslin” rolu

Qarabağın bərpasında “rəqəmsal nəslin” rolu

Bakı. Trend:

Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması bu və ya digər şəkildə bu regionların sənayeləşməsi və ya regionda aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektoru də əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.

Mobil rabitənin və İnternetin genişlənməsi, abunəçilər arasında smartfon istifadəçilərinin sayının artması, “Əşyaların İnterneti” (IoT), “Big Data”, 3D çap, “Blokçeyn”, “Süni İntellekt” (AI), kvant texnologiyaları, kiber-fiziki sistemlər və s. kimi texnologiyaların yaranması bu gün iqtisadi sistemin və cəmiyyətin inqilabi şəkildə dəyişməsi üçün material bir bünövrəni formalaşdırıb.

Vətən müharibəsində böyük qələbədən və torpaqlarımızın erməni işğalından azad olunmasından sonra Azərbaycanın qarşısında Qarabağın bərpası və regionun iqtisadi inkişafının təmin olunması kimi mühüm işlər durur.

Bu tapşırığı yerinə yetirmək üçün bölgənin nəyə ehtiyac duyduğunu düşünmək lazımdır. Mənim subyektiv fikrimə görə, bölgəyə ilk öncə onu bərpa edə biləcək əhali lazımdır. Çoxları qeyd edə bilər ki, əhalinin bu torpaqlara qayıtması üçün evlər tikilməlidir, kommunal və yol infrastrukturu, iş yerləri yaradılmalıdır. Artıq regionun iri aqrar və turizm mərkəzinə çevrilməsi haqqında təkliflər irəli sürülür. Lakin evlər və yuxarıda sadalanan infrastruktur, fikrimcə, ikinci dərəcəli amillərdir. Regiona onu bərpa edəcək, Qarabağda yaşayıb-işləyəcək, onun rifahı üçün çalışacaq gənclər lazımdır.

Artıq müasir gənclər rəqəmsal trendlərin təsiri altında düşüncə tərzlərini təmamilə dəyişiblər. Bu gün onlar məhz yüksək texnologiyaların təsiri altında formalaşan yeni sahələrdə çalışmağa həvəs göstərir, rəqəmsal imkanların geniş olduğu sferalarda özlərini realizə etmək barədə düşünürlər. İnternet və internet üzərindən çalışan ən müxtəlif rəqəmsal bağlantı imkanları bu gün daim onlayn həyata alışmış “rəqəmsal gənclər” üçün ilkin ehtiyaclardandır. Bu baxımdan məhz rəqəmsal infrastruktur yeni nəsil “rəqəmsal gənclər” üçün mühüm əhəmiyyət kəsb edir və belə bir ilkin ehtiyac duyulan infrastruktur olan yerdə gənclər yaşayacaq və quruculuq fəaliyyəti ilə məşğul olacaqlar.

Bu da o deməkdir ki, ilk öncə regionun rəqəmsal inkişafına nəzər yetirmək vacibdir. Qarabağda qabaqcıl rəqəmsal texnologiyaların, genişzolaqlı internetin tətbiqi zəruridir ki, gələcəkdə digər iqtisadi sahələrin inkişafı rəqəmsal texnologiyaların və rəqəmsallaşmış iqtisadiyyatın köməyi ilə gerçəkləşsin. Burada İnternet dedikdə, İnternetə qoşulma deyil, İnternet özündə bir sənaye növü olaraq nəzərə alınmalıdır. O sənaye növü ki, özündə bir neçə bazarları və inkişaf istiqamətlərini birləşdirir.

Analogiya aparsaq, qədim dövrdən bütün yaşayış məntəqələri yaşamaq üçün zəruri olan su mənbələrinin ətrafında tikilirdi. Qədimdə bütün müharibələr su mənbələrinə sahib olmaq üçün aparılırdı. Bu gün bizim yaşamaq üçün zəruri olan “suyumuz” - İnternet və qabaqcıl texnologiyalardır. Məhz bu yüksək texnologiyalar Qarabağın inkişafında mühüm rol oynayacaq. Müasir günümüzün tələbi və həqiqəti ondan ibarətdir ki, regionda gələcəkdə aqrar və turistik zonaların yaradılması üçün regionu rəqəmsal sənaye nöqteyi-nəzərindən bugünkü reallıqlara uyğun hazırlamaq lazımdır. Bütün bu sahələr isə gənclərsiz inkişaf edə bilməz, gənclər isə öz növbəsində müasir texnologiyalar olmadan regionun inkişafında iştirak etməyəcəklər. Bundan əlavə, regionda gənc nəslin olmaması regionu özünümüdafiə nöqteyi-nəzərdən də həssas edə bilər.

Qeyd etmək lazımdır ki, hökümət də regionun gələcək inkişafında yeni tendensiyaların və rəqəmsal texnologiyaların istifadəsinin vacibliyini anlayır. Ölkə Prezidenti cənab İlham Əliyev hesab edir ki, erməni işğalından azad olunmuş torpaqlar “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsasən bərpa olunmalıdır. Bu məsələni cənab Prezident yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevi bu vəzifəyə təyin edən zaman videokonfrans formatında keçirdiyi qəbul zamanı bildirib. Dövlətimizin başçısı bildirib ki, bu işlər indidən planlaşdırılmalıdır ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun: “Bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.

Prezident İlham Əliyev bərpa olunan enerji mənbələri və aqrar-sənaye kompleksi sahəsində qabaqcıl texnologiyaların istifadəsinin gələcək perspektivlərini də qeyd edib. Ölkə başçısının sözlərinə görə, azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf rayonları olmalıdır.

Bütün bunlar üçün ilk növbədə zəruri zəmini, yəni ilkin rəqəmsal infrastrukturu hazırlamaq, məhz yüksək texnologiyalar istiqamətində azad edilmiş torpaqları inkişaf etdirməyə imkan verəcək bazanı yaratmaq lazımdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii və insan resursları, eləcə də ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar buna imkan verir.

Xatırladaq ki, ölkə bu istiqamətdə addımlar atır. Ölkədə rəqəmsallaşma və dayanıqlı rəqəmsal infrastrukturun qurulması, eləcə də regionda yeni rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində ən mühüm addımlardan biri ölkəmizi qlobal İnternet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan (mərhələdən) – “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə qlobal fiber-optik infrastrukturun yaradılması; “Google”, “Amazon”, “Alibaba”, “Tencent””, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün qlobal Data Mərkəzin yaradılması; Azərbaycanda və bütövlükdə regionda rəqəmsal ekosistemin formalaşdırılmasından ibarətdir.

Qeyd etmək lazımdır ki, hələ keçən əsrin 90-ci illərinin ortalarından Ümummilli lider Heydər Əliyev tərəfindən Avropa və Asiya arasında Azərbaycandan keçən telekommunikasiya dəhlizinin yaradılması üzrə layihə təşəbbüsü irəli sürülüb. Bu gün Ümummilli liderin həmin təşəbbüsü “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi şəklində reallaşdırılır və Azərbaycanın rəqəmsallaşma sahəsində inkişafı üçün yeni üfüqlər açır. Tarixi İpək Yolunun yerində reallaşdırılan qlobal “Rəqəmsal İpək Yolu” layihəsi təkcə Azərbaycanın deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə də inkişaf üçün imkanlar yaradır.

Hal-hazırda “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Xəzər dənizin dibi ilə Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə fiber-optik kabel xətlərinin çəkilməsi layihələri başladılıb. Paralel olaraq, ölkə daxilində də fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi icra olunur. Xətlərin çəkilməsi layihəsi infrastrukturun modernləşdirilməsi çərçivəsində dəmir yolu xəttinin qoruyucu zolağı boyunca aparılır. Bu proses çərçivəsində “AzerTelecom” fəal şəkildə “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edir. Layihənin həyata keçirilməsi qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel şəbəkəsinin formalaşmasına impuls verəcək.

Ümumilikdə, proqramın həyata keçirilməsi Azərbaycanın təkcə Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün daha geniş mənada rəqəmsal xidmətlər mərkəzi olmasına imkan verəcək. Yeni İnternet mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi daha inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı 1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq. Bu gün sözügedən proqram azad edilmiş torpaqların bərpa edilməsi üçün optimal qəlibdir.

Artıq bölgənin inkişafını sistemli və ardıcıl şəkildə həyata keçirmək istiqamətində işləmək qalır. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, bu inkişaf istiqaməti mümkün variantlardan biri deyil, yeganə doğru olanıdır. Lakin əgər biz regionun inkişafında intensiv rəqəmsallaşma şəraitində yüksək texnologiyaları tətbiq etməsək, bu inkişafa “rəqəmsal” gəncləri cəlb etməsək, bu zaman biz Qarabağın inkişafında ləngimələri görə və regionun davamlı şəkildə subsidiyalardan asılı olması ilə üzləşə bilərik.

Fuad Allahverdiyev

“AzerTelecom” MMC-nin Direktorlar Şurasının Sədri

“Azerbaijan Digital Hub” proqramının rəhbəri

Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Loading Bars
Xəbər lenti
Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb
Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub
Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Bu gün Aİ liderləri pandemiya və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq
Myanmada 5.1 bal gücündə zəlzələ baş verib
Kolumbiya mətbuatında erməni təcavüzü, Xocalı soyqırımı və bu faciələrin fonunda Azərbaycanın keçdiyi inkişaf yolu haqda məqalə işıq üzü görüb
ABŞ Dövlət Departamentində müxtəliflik və inklyuzivlik məsələləri üzrə direktor vəzifəsi yaradılıb
İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb
Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
London şəhərində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq - Mikayıl Cabbarov
Stokholm şəhərində "Xocalıya ədalət!" plakatları yerləşdirilib (FOTO)
Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib (FOTO)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib
Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib (FOTO)
Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq - Dövlət Vergi Xidməti
Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır - Naqif Həmzəyev
Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı artıq qəbul edir - Deputat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib (FOTO)
Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması üçün addımlar atılır - AAYDA
DİN Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı: 1 nəfər ölüb, 1-i yaralanıb
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!
Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib
Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür - Komitə sədri
Əfv Komissiyasının iclası keçirilir
UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması
Suyun orqanizm üçün faydaları
Azərbaycan alimləri nitqin tanınması sistemlərini hazırlayıblar
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sosial şəbəkələrdə haqqında foto paylaşılan evsiz sığınacağa yerləşdirilib
Sumqayıtda ictimai nəqliyyat işləyir - İcra hakimiyyəti (FOTO)
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)
Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
Belçikada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)
Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VİDEO)
Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib
Deputatların bir qrupu peyvənd olunub
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)
Maştağada qəza olub, qaz təchizatı alternativ xətlə təmin olunub (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub (FOTO)
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Bakıda yataqxanadakı yanğın söndürülüb (FOTO)
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı
Bütün xəbərlər