Bakı. Trend:
Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 35,3 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 27,8 faiz, elektrik avadanlıqlarının istehsalı 5,2 faiz artıb.
2025-ci ilin yanvar-fevral ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,6 dəfə, məişət soyuducuları və dondurucularının istehsalı 40 faiz, ölçmə cihazlarının istehsalı 38,8 faiz, digər elektrik naqillərinin istehsalı 34,8 faiz, elektrik tənzimləyici cihazlarının istehsalı isə 20,4 faiz artıb.