Bakı. Trend:
“Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.
Trend bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Belə ki, “Bakı Telefon Rabitəsi” MMC, “Az-Evro Tel” MMC, “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək “Aztelekom” MMC-yə qoşulması barədə qərar qəbul edilib.
Buna görə də “Aztelekom” MMC yenidən təşkil olunacaq.
Qeyd edək ki, “Aztelekom” 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 22 525 383 manat olan MMC-nin qanuni təmsilçisi Ömərov Həsən Hüseyin oğludur.