Bakı. Trend:
Bu günə qədər texnoparkda qeydiyyatdan keçmiş rezidentlərin sayı 165-ə çatıb.
Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
"Təkcə ötən il ərzində texnoparkda 47 şirkətə qeydiyyat şəhadətnaməsi verilib. Onlardan 4-ü xarici, 43-ü isə yerli şirkətlərdir", - sədr bildirib.
