...

Azərbaycanın Rabitə Nazirliyi İT sahəsinə 19 mln. AZN-dən çox sərmayə qoyub

Telekommunikasiya Materials 7 Sentyabr 2006 17:29 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycanın telekommunikasiya sahəsinə 19683,9 min AZN sərmayə qoyulub. Nazirlikdən Trend ə verilən xəbərə görə, vəsaitlər əsasən rabitə obyektlərinin yenidən qurulmasına, Azərbaycan patyaxtının ətraflarında və bölgələrdə yeni telefon xəttlərinin tikintisinə yönəldilib.

Bu dövr ərzində Aztelekom İB 7675,5 min AZN, Bakı Telefon Rabitəsi 8349,4 min AZN, Teleradio İB 1574,3 min AZN, Azərpoçt DM 765,5 min AZN məbləğində sərmayə qoyub.

2005-ci ildə Rabitə Nazirliyi ölkənin telekommunikasiya sahəsinə 157,571 mlrd. AZM sərmayə qoyub və bu, 2004-cü ilə nisbətən təxminən 66 mlrd. AZM çoxdur.

07.09.06 tarixində Azərbaycan Milli Bankının məlumatlarına görə, dolların manata nisbətən rəsmi məzənnəsi 0,8800 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti