...

Sentyabrda Azercell 38 yeni stansiya quraşdırıb

Telekommunikasiya Materials 5 Oktyabr 2006 11:01 (UTC +04:00)

Azercell Telekom" BM əhatə dairəsini daha da gücləndirməkdə və abunəçilərə keyfiyyətli xidmət göstərmək üçün çalışmaqda davam edir. Trend in şirkətin mətbuat xidmətinin məlumatına istinadən xəbər verdiyi kimi, operator sentyabr ayında Bakıda və respublikanın müxtəlif bölgələrində daha 38 stansiya quraşdııb. Onlardan 27-si Bakıda, 2-si Zaqatalada, qalan 9 stansiya isə İsmayıllıda, Tovuzda, Tərtərdə, Şəmkirdə, Yevlaxda, Abşeronda, Göyçayda, Qobustanda və Sumqayıtda quraşdırılıb.

"Azercell Telekom" 2006-cı ilin yanvar-sentyabr aylarında ölkənin müxtəlif bölgələrində ümumilikdə 246 stansiya quraşdırıb. Bu, operatorun bölgələrdə yaşayan abunəçilərinə təkcə paytaxtla deyil, dünyanın istənilən nöqtəsi ilə fasiləsiz və dayanıqlı rabitə əlaqəsində olmasına imkan verir. "Azercell Telekom" ilin sonuna kimi 289 stansiyanın quraşdırılmasını planlaşdırır.

Bütövlükdə, operatorun rabitə xidmətini təmin etmək üçün 2 rezervləşdirilmiş abunəçi bazası, 11 baza stansiyalarına nəzarətçi sistemi, 13 mobil rabitə kommutasiya mərkəzi və 853-dən çox radio baza stansiyası mövcuddur.

Xəbər lenti

Xəbər lenti