...

Azərbaycanda regional avtomobil yolunun tikintisi üzrə tender elan edilib

Tender müsabiqələri Materials 5 Sentyabr 2014 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Qusar Rayon İcra Hakimiyyəti Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi üzrə tender elan edib. Trend-in xəbərinə görə, bu barədə rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır. Tenderdə iştirak etmək istəyənlər ərizə və digər sənədləri 2014-cü il sentyabrın 26-dək saat 18:00-dək təqdim etməlidirlər. Tender təklifləri oktyabrın 3-ü saat 15:00-dək təqdim olunmalıdır.

Tender təkliflərinin açılması oktyabrın 6-da Qusar Rayon İcra Hakimiyyətinin binasında baş tutacaq.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Azərbaycan, Qusar, Heydər Əliyev prospekti, 134.

Əlaqələndirici şəxs: Güllü Kazımova

Tel: (023-38) 5 24 98

Məqalədə:
Xəbər lenti

Xəbər lenti