...

Türkiyə və Qətər liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Turizm Materials 8 Avqust 2024 22:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib.

Trend xəbər verir ki, keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.

İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.

İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Al Taninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti