...

Ermənistanda müxalifət əhval-ruhiyyəsi - sonun başlanğıcı?

Nəzər nöqtəsi Materials 8 Aprel 2011 11:51 (UTC +04:00)
Cənubi Qafqaz respublikaları hazırkı siyasət yazında müxalifət partiyalarının aktivliyi ilə üzləşiblər. Lakin regiondakı çıxışların səbəbləri, məqsədləri və nəticələri
Ermənistanda müxalifət əhval-ruhiyyəsi - sonun başlanğıcı?

Elmira Tarıverdiyeva, Trend-in Avropa redaksiyasının şərhçisi

Cənubi Qafqaz respublikaları hazırkı siyasət yazında müxalifət partiyalarının aktivliyi ilə üzləşiblər. Lakin regiondakı çıxışların səbəbləri, məqsədləri və nəticələri hakimiyyətlərin Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının siyasi və sosial vəziyyəti ilə bağlı apardığı siyasətə uyğun olaraq, bir-birindən köklü şəkildə fərqlənir.

Hazırda Gürcüstanda yeni, xüsusən də ciddi siyasi nəticələrə gətirib çıxaracaq heç nə baş vermir. Bazar ertəsi Tbilisidə müxalifətin növbəti etiraz aksiyası polislə kiçik toqquşmalarla başa çatıb.

Müxalifətçilər həmişə olduğu kimi, irimiqyaslı etiraz aksiyalarını Pasxa bayramlarından sonra davam etdirəcəklərini vəd edirlər və hakimiyyəti onu devirəcəkləri ilə hədələyirlər. Lakin son bir ilin təcrübəsi göstərdi: Gürcüstan müxalifəti hakimiyyətin hazırkı siyasətində azacıq da olsa, dəyişikliklərə nail olmaq üçün son dərəcə zəif və parçalanmış vəziyyətdədir. Gürcüstan müxalifətinin liderləri adamları maraqlandıra biləcək real platforma işləyib hazırlamaqdan daha çox dedi-qodu və hərəkat daxilindəki çəkişmələrlə məşğuldurlar.

Müxalifət liderlərinin sıralarındakı toqquşma və anlaşılmazlıqlardan sonra müxalifət partiyaları birləşmək barədə çağırışlara son qoyaraq, hər biri öz yolu ilə getməyə başladı. Bu aydındır - müxalifətçilərin hakimiyyətlə mübarizəyə razılaşdırılmış yanaşması yoxdur. Və çətin ki, yaxın gələcəkdə vəziyyət dəyişsin. Bunu nəzərə alaraq, Gürcüstan müxalifətinin mitinqləri, əlbəttə, bundan sonra da davam edəcək. Lakin daha az uğur və əhalinin kiçik dəstəyi ilə.

Azərbaycanın gülünc müxalifəti hazırkı hakimiyyət üçün daha az təhlükəlidir. Bunu Bakıda etiraz aksiyası keçirmək cəhdi parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan müxalifətinin qanunsuz mitinq keçirtməyə iki zəif cəhdi, yumşaq desək, puça çıxdı. Küçələrə çıxan bir neçə müxalifətçi guya, xalqda olan hakimiyyətdən narzılıq hissini yarada bilmədilər.

Əksinə, bu cəhdlər bir məsələdən xəbər verir: Azərbaycan müxalifəti hakim elita ilə real rəqabət aparmaq iqtidarında deyil. İlk növbədə, ona görə ki, Azərbaycanda - sabit inkişaf edən iqtisadiyyata malik ölkədə müxalifətin uğurlu fəaliyyəti üçün real zəmin sadəcə olaraq, yoxdur. Ölkənin möhkəm sosial-iqtisadi vəziyyətinin göstəriciləri dünya iqtisadi böhranından uğurlu çııxış oldu. Aydındır ki, bu fonda müxalifətin Azərbaycan xalqını mitinqlərə cəlb etməsi çətin ki, baş tutsun.

Regionda ən çətin vəziyyət Ermənistan hakimiyyətində yaranıb. Ölkədə artıq iki aydır ki, müxtəlif məlumatlara görə, 50 mindən 70 minədək insanın iştirak etdiyi daim kütləvi etiraz aksiyaları keçirilir. Növbəti mitinq aprelin 8-də keçiriləcək.

Ermənistan müxalifətinin bu mitinqi çoxsaylı və mühüm olacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Erməni Milli Konqresinin nümayəndəsi David Şahnazaryan bildirib. Xəbəri "Novosti Armeniya" yayıb. "Özünün çoxsaylılığı ilə bu mitinq əvvəlkilərdən geri qalmayacaq, xüsusən də biz artıq mitinqlərin böyük kütləvi toplantılara qədər böyüyəcəyi sərhədi keçmişik", - Şahnazaryan bildirib.

Ermənistanda mitinqlər ciddi sosial səbəbdir, çünki ölkədə xalqın vəziyyəti kritik səviyyəyə yaxınlaşıb. Regiondakı heç bir digər ölkədə Yaxın Şərq və Şimali Afrikadakı inqilab həyəcanlarının əhatə etməsi üçün Ermənistandakı qədər səbəblər yoxdur. Müxalifətin təşəbbüsü ilə keçirilən mitinqlər Misir, Tunis və digər Yaxın Şərq xalqlarının etirazlarına bənzər sosial etirazı əks etdirir.

Regionda ən kövrək iqtisadiyyata malik Ermənistandakı həyat şəraiti o qədər acınacaqlıdır ki, ölkə hakimiyyəti itkisiz vəziyyətdən çıxmağa çətin ki, nail olsun.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2010-cu il ərzində ölkədə istehlak qitymətləri 10,6 faiz artıb. Ən böyük - 13,1 faizlik qiymət artımı ərzaq mallarının qiymətlərində qeydə alınıb. Yəni həmin sosial təminat sektorunda ki, onsuz keçinmək mümkün dehil. Qeyri-ərzaq mallarının qiymətləri 5,6 faiz, xidmət tarifləri 4,2 faiz bahalaşıb.

Əhalinin yoxsulluq səviyəsi artıq 35 faizə çatıb ki, bu da ötən il 60 min adamı ölkəni tərk etməyə vadar edib. Əhalinin həyat səviyyəsinin aşağı düşməsi davam edir və hakimiyyətin devrilməsi ilə nəticələnə biləcək inqilab təhlükəsi yaradır. Xüsusən də, Ermənistandakı hazırkı hakimiyyət öz xalqına kömək etmək üçün heç nə etmir. Hökumətin siyasəti və real bazar rəqabətinin olmamasının nəticəsi kimi kiçik və orta biznes müəssisələri bağlanır ki, bu da qiymət artımları və iqtisadiyyatın inhisarlaşması fonunda əhalinin vəziyyətini ağırlaşdırır.

Bu fonda Ermənistanı, hər şeydən göründüyü kimi, 2011-ci il mövsümündə ən ağır sosial həyəcanlar gözləyir ki, hökumətin devrilməsi və müxalifət boklarından birinin hakimiyyətə gəlişi onun nəticəsi ola bilər.

Xəbər lenti

Xəbər lenti