...

Litvalı məşhurlar "Eurovision"da Azərbaycan təmsilçisinə səs verəcəklərini vəd edirlər

Eurovision-2012 Materials 23 May 2012 15:21 (UTC +04:00)
Litvanın şou-biznes nümayəndələri, görünür, "Eurovision 2012"-nin finalında öz səslərini artıq kimə verəcəklərini müəyyən ediblər. Onların fikrincə, müsabiqənin azərbaycanlı iştirakçısı Səbinə Babayeva özünün "When The Music Dies" lirik mahnısı ilə buna layiqdir.
Litvalı məşhurlar "Eurovision"da Azərbaycan təmsilçisinə səs verəcəklərini vəd edirlər

Azərbaycan, Bakı, 23 may /Trend/

Litvanın şou-biznes nümayəndələri, görünür, "Eurovision 2012"-nin finalında öz səslərini artıq kimə verəcəklərini müəyyən ediblər. Onların fikrincə, müsabiqənin azərbaycanlı iştirakçısı Səbinə Babayeva özünün "When The Music Dies" lirik mahnısı ilə buna layiqdir. Trend-in məlumatına görə, bu barədə DELFI.lt. xəbər portalı yazır.

Vətənində çıxış edən azərbaycanlı ifaçıya şou dünyasının ən parlaq nümayəndələri Stano, "69 danquya" və onların prodüseri Eqmontas Bjeskas, eləcə də Deyvidas Zvonkus, Liepa Mondeykayte, Mia, "ŞarkA", Kristina İvanova başda olmaqla qızlar səs verəcəklərini vəd edirlər.

"Nadir hallarda "Eurovision"da mahnı elə fərqlənir ki, sən əlini ürəyinin üstünə qoyub deyirsən: bəli, bu mahnı mənim çox xoşuma gəlir. Çox güman ki, müşahidə etdiyim "Eurovision"lar tarixində beləsi olmayıb, buna görə də mən nə öz mahnımızı, nə Azərbaycanın, nə də hər hansı başqa ölkənin mahnısını qiymətləndirə bilmirəm. Mən ifaçıların özlərini və konteksti qiymətləndirirəm. Mənim üçün siyasi kontekst də vacibdir. Azərbaycan hazırda Litva ilə sıx dostluq edən ölkədir. Həmrəyliyə səs verirəm, çünki Azərbaycan bizim dostumuzdur", - DELFI bəstəkar Stano Stanislav-Staviskisdən sitat gətirir.

Tez-tez Azərbaycanın qonağı olan Kristina İvanova da finalda kimin xeyrinə səs verəcəyinə şübhə etmir.

"Azərbaycanlı müğənni şəxsən mənim çox xoşuma gəlir, həqiqətən də qalib gələ biləcək xarizmatikdir, - "ŞarkA" qrupunun nümayəndəsi qətiyyətini nümayiş etdirir. - Mən orada dəfələrlə, sonuncu dəfə martda qonaq olmuşam. Ona görə də Azərbaycan mənə çox yaxındır. Mən "Eurovision"u canlı izləmək üçün dəvət olunmuşdum, lakin texniki problemlər mane oldu, mənim gözəllik studiyamda bəzi işlər görmək lazım gəldi. Seçim etməli oldum - iş, yoxsa əyləncə. Mən işi seçdim. Lakin "ŞarkA"nın bütün kollektivi yekdilliklə Azərbaycanı dəstəkləyəcək və müsabiqəni televiziya ilə izləyəcəklər", - o qeyd edib.

Niyole Pareygitenin hansı ölkəyə, yaxud ifaçıya ismarıc göndərəcəyini soruşanda o, artıq cavabı bilirdi. "Azərbaycanı dəstəkləyəcəyəm", - DELFI ondan sitat gətirir.

Onu Liepa Mondeykayte də dəstəkləyir: "Mən Azərbaycanın tərəfindəyəm. Nə üçün? Ona görə ki, "Eurovision" orada keçirilir və maraqlandığıma görə, bu, Azərbaycan üçün əsas tədbirlərdən biridir. Bundan başqa, Azərbaycan öz ifaçıları üçün xeyli pul qoyur, ən azından bundan əvvəlki il belə idi. Onun təmsilçisi Səbinəni dinləyərkən fikirləşdim ki, onun çox yaxşı səsi var, Səbinə çox yaxşı oxuyur, mahnının özü də pis deyil, lirikdir. Mən isə lirik mahnıların həvəskarıyam. Mən bizim Donatas Montvitası da dəstəkləyirəm, lakin ona səs verə bilməyəcəyimdən, Azərbaycana səs verəcəyəm. Hesab edirəm ki, əslində, Donatas Montvitası dəstəkləməyən bir nəfər də litvalı tapılmaz", - Mondeykayte deyib.

Xəbər lenti

Xəbər lenti